EN

“Traktor” “Xeybar”a doğma meydanda uduzdu - ARENA.AZ

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2025/2026 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 10-cu tur çərçivəsində “Xeybar Xoramabad”la qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşdə məğlubiyyətə üzülüblər – 1:2. Əmirhüseyn Hüseynzadə 45+2-ci dəqiqədə komandasını hesabda önə keçirsə də, təbrizlilər 45+5-ci və 48-ci dəqiqələrdə buraxdıqları qollarla uduzublar.

“Traktor” cari mövsümdə qazandığı 13 xalla 16 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 9 oyunda 3 qələbə qazanıb, 4 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Qeyd edək ki, ötən mövsümü tarixində ilk dəfə İran çempionu kimi başa vurmuş Cənubi Azərbaycan təmsilçisi növbəti turda “Xadormalu” ilə qarşılaşacaq. Bu oyun noyabrın 29-da doğma meydanda baş tutacaq. Bundan öncə isə “traktorçular”ı Asiya Çempionlar Liqasının əsas mərhələsində Özbəkistanın “Nəsəf” komandası ilə səfər oyunu gözləyir. Bu görüş isə noyabrın 24-də baş tutacaq.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
7
21
arena.az

10Sources