EN

Türkiyə Prezidentinin administrasiyası Bakıdakı hərbi paraddan paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.

"Unikal"ın məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.

"Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk", - Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.

Chosen
28
12
unikal.az

10Sources