Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsinin beşinci ildönümünə həsr olunmuş Bakıda keçirilən hərbi paraddan görüntülər paylaşıb.
Sitat.info-nun məlumatına görə, fotolar Türkiyə liderinin administrasiyasının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.
"Qarabağda qazanılan qələbəni Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində mühüm mərhələ kimi qiymətləndiririk", - Türkiyə Prezidentinin bu gün hərbi paradda söylədiyi sözlərdən sitat gətirilib.