EN

Kriştiano Ronaldu Dioqo Jotanın dəfninə getməməsi barədə danışdı

ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Futbol dünyasını sarsıdan Dioqo Jota faciəsindən aylar sonra Kriştiano Ronaldu ilk dəfə susqunluğunu pozub.

O, həmvətəni və komanda yoldaşının dəfn mərasiminə qatılmamasının səbəbini izah edib.

Məşhur futbolçu Pirs Morqana verdiyi müsahibədə bu qərarın iki əsas səbəbi olduğunu deyib:

“İnsanlar məni çox tənqid edir, amma mən buna əhəmiyyət vermirəm. Vicdanım rahatdırsa, kim nə düşünür, mənim üçün fərq etmir. Atam dünyasını dəyişəndən sonra mən bir daha qəbiristanlığa getməmişəm. İkincisi isə… mən hara getsəm, diqqət mənim üzərimə yönəlir. Bu dəfə bunu istəmirdim. Mənim gəlişimlə mərasim sirkə çevriləcəkdi və bu, Diogo və ailəsinə hörmətsizlik olardı.”

Ronaldu əlavə edib ki, onun üçün əsas olan kamera qarşısında görünmək deyil, səssiz şəkildə dəstək göstərməkdir:

“İnsanlar istədikləri kimi danışa bilər. Mən qərarımdan rahatam. Diogonun ailəsini düşündüm və bunu pərdə arxasında etdim.”

Portuqaliyalı ulduz, həmçinin, Jotanın ölüm xəbərini aldıqda yaşadığı sarsıntını da bölüşüb:

“İnanmadım… çox ağladım. Bu, hər kəs üçün — ölkə, ailə, dostlar, komanda yoldaşları üçün dəhşətli an idi. Hələ də milli komandada onun yoxluğunu hiss edirik. Dioqo bizim bir parçamız idi.”

Ronaldo mərhum həmkarını “sakit, mülayim və çox yaxşı insan” kimi təsvir edib:

“O, çox yaxşı oyunçu idi, amma bir o qədər də sadə və səssiz bir insan idi. Onunla keçirdiyim anları heç vaxt unutmayacağam. Ailəsi ilə danışdım və onlara dəstək verdim.”

Xatırladaq ki, Dioqo Jota və qardaşı Andre Silva iyul ayında İspaniyanın Zamora bölgəsində Lamborqini markalı avtomobillə qəzaya düşərək həlak olublar. Cütlük 6 iyulda Portuqaliyanın Qondomar şəhərində torpağa tapşırılıb.

Dəfn mərasimində Liverpul klubunun bütün heyəti — Vircil van Deyk, Endi Robertson, Darvin Nunyes, Aleksis Makallister və digərləri iştirak ediblər. Ronaldo isə, izah etdiyi səbəblərə görə, mərasimə qatılmayıb.\\Offsideplus.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
8
hurriyyet.az

9Sources