AZ

Ronaldo Jotanın dəfnində iştirak etməməsinin səbəbini açıqladı

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo vəfat edən komanda yoldaşı Diogu Jotanın dəfn mərasiminə qatılmamasının səbəbini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, ulduz futbolçunun sözlərinə görə, bu qərar şəxsi hisslərindən və diqqət mərkəzində olmaq istəməməsindən irəli gəlib:

“İki səbəb var. Əvvəla, 2005-ci ildə atamı itirdikdən sonra bir daha qəbiristanlığa getməmişəm. İkincisi, mən harada olsam, dərhal diqqət mənim üzərimə yönəlir, hər şey sanki tamaşaya çevrilir. Mən isə bunu istəmirdim.”

“Bəziləri məni buna görə tənqid edir, amma qərarımdan razıyam. Mənim üçün əsas olan Jotanın ailəsi və onların rahatlığıdır. Mənə kameralarda görünmək lazım deyil — mən hər şeyi səssiz şəkildə, arxa planda edirəm” 

Xatırladaq ki, Diogu Jota və onun qardaşı Andre Silva 2025-ci il iyulun 3-də İspaniyada baş verən avtomobil qəzasında həyatını itirib.

Seçilən
34
8
90deqiqe.az

9Mənbələr