ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubun futbolçusu Kriştianu Ronaldo komanda yoldaşı Dioqo Jotanın dəfn mərasimində iştirak etməməsinin səbəblərini açıqlayıb.
Redaktor.az xəbər verir ki, portuqaliyalı ulduz bu barədə Pirs Morqana müsahibəsində danışıb.
“İnsanlar məni çox tənqid etdi, amma vicdanım rahatdır. Atam vəfat edənsən sonra bir daha qəbiristanlığa getməmişəm. Həm də harada olsam, diqqət mənim üzərimə yönəlir. Jotanın dəfni isə diqqət və səs-küylə deyil, sakitliklə keçirilməli idi. Mənim gəlişim mərasimi sirkə çevirə bilərdi və bu, Dioqoya hörmətsizlik olardı”, – deyə Ronaldo bildirib.
Xatırladaq ki, bu yay Portuqaliyanın Gondomar şəhərində avtomobil qəzasında dünyasını dəyişən Portuqaliya millisi və “Liverpul”un futbolçusu Dioqo Jota ilə qardaşı Andre Silvanın dəfn mərasimi keçirilən zaman K. Ronaldonun Malyorkada tətil etməsi tənqidlərə səbəb olmuşdu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.