Tanınmış meyxanaçı Vahid Qədimin sevgilisini bıçaqladığı haqda iddialar yayılıb.
Ölkə.az xəbər verir ki, globalinfo.az məsələ ilə bağlı meyxanaçının həmkarı Mehman Əhmədli ilə əlaqə saxlayıb.
O, sözügedən məlumatla tanış olduğunu və Vahid Qədimlə danışdığını deyib:
“Vahid dedi ki, xəbərlər həqiqəti əks etdirmir. Belə bir hadisə baş verməyib. Həmkarım məlumatların hansı məqsədlə və niyə yayıldığını da bilmir”.
Qeyd edək ki, bundan öncə tanınmış meyxanaçı Vahid Qədimin qeyri-qanuni yaşadığı sevgilisini bıçaqladığı haqda iddialar yayılıb. Bu iddianı sosial şəbəkə hesabında yerli xəstəxanalardan birində tibb bacısı işləyən Lətafət Novruzova səsləndirib.
O bildirib ki, meyxanaçı sevgilisinə 18 bıçaq zərbəsi vurub.
Vahid Qədimin bir müddətdir Rusiyada yaşadığı deyilirdi.
Həmin paylaşımı təqdim edirik:

