Tanınmış meyxanaçı Vahid Qədimin sevgilisini bıçaqladığı haqda iddialar yayılıb.
O, sözügedən məlumatla tanış olduğunu və Vahid Qədimlə danışdığını deyib:“Vahid dedi ki, xəbərlər həqiqəti əks etdirmir. Belə bir hadisə baş verməyib.
Həmkarım məlumatların hansı məqsədlə və niyə yayıldığını da bilmir”.***
Tanınmış meyxanaçı Vahid Qədimin qeyri-qanuni yaşadığı sevgilisini bıçaqladığı haqda iddialar yayılıb.
KONKRET.az xəbər verir ki, bu iddianı sosial şəbəkə hesabında yerli xəstəxanalardan birində tibb bacısı işləyən Lətafət Novruzova səsləndirib.
O bildirib ki, meyxanaçı sevgilisinə 18 bıçaq zərbəsi vurub.
Qeyd edək ki, Vahid Qədimin bir müddətdir Rusiyada yaşadığı haqda məlumatlar var.
Həmin paylaşımı təqdim edirik:

