EN

Səngəçal terminalı159 milyon barel neft və kondensat ixrac edib

Bu ilin üçüncü rübündə AÇG və "Şahdəniz" yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adındanbu ilin üçüncü rübü üzrə hesabatında qeyd edilib.

Bildirilir ki, ilk üç rüb ərzində terminal təxminən 159 milyon barel neft və kondensat ixrac edib. Bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur. İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,5 milyon standart kubmetr (təxminən 2 milyard 629 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.

Chosen
18
3
teleqraf.com

4Sources