AZ

BP: Bu il BTC ilə ixrac edilən Azərbaycanın neftin həcmi 159 mln. barrel olub

2025-ci ilin üçüncü rübü ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından hasil edilən neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəqli davam edib.

"APA-Economics" xəbər verir ki, bu barədə BP-dən bildirilib. Qeyd edilib ki, cari ilin ilk üç rübü ərzində terminaldan ümumilikdə 159 milyon barrel neft və kondensat ixrac olunub. Bu həcmlərin hamısı Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql edilib.

Vurğulanıb ki, terminalın gündəlik texniki emal gücü hazırda 1,2 milyon barrel neft və kondensat, “Şahdəniz” qazı üçün isə təxminən 81 milyon standart kubmetr təşkil edir. Ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündə təxminən 100 milyon standart kubmetrə bərabərdir.

Qaz ixracı əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), onun genişləndirilməsi sistemi (CQBKG) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın paylama sistemi ilə birləşdirən Azərbaycan qaz kəməri vasitəsilə həyata keçirilib.

İlk üç rüb ərzində terminaldan gündəlik orta hesabla 74,5 milyon standart kubmetr (təxminən 2,63 milyard standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

Seçilən
10
3
apa.az

4Mənbələr