EN

“Qarabağ”ın U-19 komandası “Çelsi”yə də böyük hesabla uduzdu

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edən “Qarabağ”ın U-19 komandası bu gün turnirin Liqa mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi əsas mərhələnin 4-cü turu çərçivəsində İngiltərənin “Çelsi” kollektivi ilə üz-üzə gəlib.

Tərəflərin Bakıdakı qarşılaşması “Azərsun Arena”da baş tutub. Ağdam təmsilçisi bu oyunda 0:5 hesabı ilə uduzub. Qarşılaşmanın ilk hissəsi qolsuz bitib. Amma London klubunun gəncləri fasilədən sonra 5 cavabsız qol vurmaqla darmadağına seviniblər.

Xatırladaq ki, “Qarabağ” bundan öncə keçirdiyi oyunlarda “Benfika”ya (Portuqaliya) 1:7, “Kopenhagen”ə (Danimarka) 0:5, “Atletik”ə (Bilbao, İspaniya) də 0:3 hesabıyla uduzmuşdu. Ağdam təmsilçisi Liqa mərhələsinin turnir cədvəlində xalsız olan 6 komandadan biridir. Təmsilçimiz 36 iştirakçı arasında 35-ci sırada qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
14
24
arena.az

10Sources