EN

Qullit: “Van Deyk oyuna yeni yanaşma tapmalıdır” - ARENA.AZ

Niderland yığmasının keçmiş hücumçusu Ruud Qullit “Liverpul”un kapitanı, niderlandlı mərkəz müdafiəçisi Vircil van Deykə tövsiyə verib.

Arena.az keçmiş yarımmüdafiəçinin müvafiq fikrini təqdim edir:

“Rəqibləri ona qarşı necə oynamaq gərək olduğunu anlayıblar. İndi o, oyuna yeni yanaşma tapmalıdır” deyə Qullit vurğulayıb.

Vircil van Deyk özü isə “qırmızılar”ın oyununda son vaxtlar müşahidə edilən eniş silsiləsini şərh edib:

“Artıq dəfələrlə demişəm ki, həmrəylik – həm yaxşı və həm də pis zamanlarda uğura bir açardır. Baş verənlər bizim heç birimizə xoş deyildi. Qalib gəlmək və qol buraxmamaq həmişə xoşdur. Amma bu, yalnız qələbədir – istirahət etmək və növbəti oyuna köklənmək gərəkdir”, deyə Van Deyk vurğulayıb.

Xatırladaq ki, “Liverpul” son oyunlarda aldığı 6 məğlubiyyətdən sonra Premyer Liqada “Aston Villa”nı 2:0, ötən gecə isə Çempionlar Liqasında “Real”ı 1:0 hesabıyla məğlub edib. Əvvəlki oyunlardakı məğlubiyyətlərə görə əsas tənqid hədəfinə çevrilənlərdən biri də Vircil van Deyk idi.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
25
21
arena.az

10Sources