EN

Azərbaycanda 2026-cı il üçün yaşayış minimumu artırılacaq

Azərbaycan hökuməti 2026-cı il üçün yaşayış minimumunun artırılmasını nəzərdə tutur. Bu barədə Milli Məclisdə müzakirə olunan “Yaşayış minimumu haqqında” qanun layihəsində qeyd olunur.

Layihəyə əsasən, 2025-cı ildə ölkə üzrə orta yaşayış minimumu 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün isə 246 manat səviyyəsində müəyyən edilib. 2026-cı ildə isə bu rəqəmlər uyğun olaraq 300 manat, 317 manat, 245 manat və 265 manat olacaq.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, yaşayış minimumu ilə bağlı göstəricilər Dövlət Statistika Komitəsinin təqdim etdiyi inflyasiya proqnozları və sosial xərclərin artım dinamikası nəzərə alınmaqla hesablanıb. Nazirlik bu sahədə Maliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılığa gəlib.

Rəsmi açıqlamada bildirilib ki, qeyri-neft sektorunun genişlənməsi və iqtisadi artımın davamlılığı sosial göstəricilərin yüksəldilməsinə imkan verib. 2025–2029-cu illər üzrə qeyri-neft ÜDM artımının illik orta hesabla 5 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır.

N.Təbrizli

Chosen
20
1
anews.az

10Sources