AZ

Əhalinin NƏZƏRİNƏ! Yaşayış minimumu artırılacaq YENİ MƏBLƏĞ

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

2026-ci ildə yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat olacaq.Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bügünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasında 2026-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2026-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində öz əksini tapıb.Layihələrə əsasən, yaşayış minimumu və ehtiyac meyarı 285 manatdan 300 manata çatdırılır.

 

2026-ci ildə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2025-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
35
bizim.media

10Mənbələr