EN

XXV Yay Deflimpiya Oyunları

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov bildirib ki, XXV Yay Deflimpiya Oyunlarında ölkəmizi 6 idman növündə 20 idmançı təmsil edəcək.

Sevindirici məqam odur ki, komandada 5 xanım idmançı yer alacaq. Onlardan 3-ü taekvondo, 1-i karate, 1-i isə üzgüçülük üzrə yarışda çıxış edəcək. Baş katib əlavə edib ki, bu fakt qadın idmançılarımızın beynəlxalq arenada fəal iştirakının, onların peşəkarlığının göstəricisidir. Bu, ölkəmizdə qadınların idmanda rolunun güclənməsinin və gender bərabərliyinə verilən önəmin bariz nümunəsidir.

Qeyd edək ki, XXV Yay Deflimpiya Oyunları noyabrın 5–26-sı aralığında Yaponiyanın paytaxtı Tokioda keçirilir.

Qabil YUSİFOĞLUXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
1
xalqqazeti.az

8Sources