Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Maltada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.
İdman.Biz AFFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Elxan Abdullayevin rəhbərlik etdiyi komanda noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Seçmə mərhələnin 13-cü qrupunda mübarizə aparacaq U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta komandaları ilə üz-üzə gələcək.
| Nr. | Soyadı / Adı | Klub |
| 1 | Həbib Hüşənov | Qəbələ |
| 2 | Ayxan Abbaszadə | Turan Tovuz |
| 3 | Məhəmmədəli Məmmədov | Turan Tovuz |
| 4 | Rəşad Alışov | Qarabağ |
| 5 | Tuncay Əhmədov | Marcet (İspaniya) |
| 6 | Cavid Məlikov | Qarabağ |
| 7 | Seydi Danzıyev | Sabah |
| 8 | Vüsal Paşayev | Sumqayıt |
| 9 | Nadir Orucov | Sumqayıt |
| 10 | Ömər Həsənli | Zirə |
| 11 | Eltun Babazadə | Qarabağ |
| 12 | Ziya Şəkərxanov | Qəbələ |
| 13 | Şahin İbrahimov | Sabah |
| 14 | Əliəkbər Rzazadə | Qarabağ |
| 15 | Rauf Qafarov | Zirə |
| 16 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) |
| 17 | Anar Hüseynov | Sabah |
| 18 | Hikmət Cəbrayılzadə | Qarabağ |
| 19 | Şahismayıl Cəfərov | Qarabağ |
| 20 | Nihad Orucəli | Sumqayıt |
Qeyd edək ki, Avropa çempionatı noyabrın 9-dan 19-dək keçiriləcək. Qrupun oyunları Maltada təşkil olunacaq.