AZ

U-19 millimizin heyəti açıqlandı

U-19 millimiz noyabrın 5-dən 8-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, yığma ayın 9-dan 19-dək isə Maltada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək.

13-cü qrupda yer alan U-19 millimiz Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə qarşılaşacaq. Qrupun oyunları Maltada təşkil olunacaq.

Artıq millimizin toplanışına çağırılan futbolçuların adları da açıqlanıb. U-19 yığmamızın heyəti aşağıdakı kimidi:

Həbib Hüşənov, Ziya Şəkərxanov (ikisi də "Qəbələ"), Ayxan Abbaszadə, Məhəmmədəli Məmmədov (ikisi də "Turan Tovuz"), Rəşad Alışov, Cavid Məlikov, Eltun Babazadə, Əliəkbər Rzazadə, Hikmət Cəbrayılzadə, Şahismayıl Cəfərov (hamısı "Qarabağ"), Tuncay Əhmədov ("Marcet", İspaniya), Seydi Danzıyev, Şahin İbrahimov, Anar Hüseynov (hamısı "Sabah"), Vüsal Paşayev, Nadir Orucov, Nihad Orucəli (hamısı "Sumqayıt"), Ömər Həsənli, Rauf Qafarov (ikisi də "Zirə"), Həsən Nəzərli ("Ankaragücü", Türkiyə)

Seçilən
12
2
football-plus.az

5Mənbələr