EN

Arriqo Sakki Sesk Fabreqası qiymətləndirdi - ARENA.AZ

79 yaşlı təcrübəli italyan mütəxəssis Arriqo Sakki “Komo”nun baş məşqçisi, 38 yaşlı ispan mütəxəssis Sesk Fabreqas haqda söhbət açıb.

Arena.az italyan mütəxəssisin müvafiq fikrini təqdim edir:

“Fabreqasla şəxsən tanış deyiləm, amma “Komo”nun necə oynadığını görürəm. Fabreqas iki əhəmiyyətli məktəbdən keçib və Avropanın ən yaxşı futbol universitetlərində təhsil alıb: “Arsenal” və “Barselona”da. O, oyuna əsl dadı özü hopdurub”, deyə Arriqo Sakki vurğulayıb.

Hazırda Sesk Fabreqas ən perspektivli mütəxəssislərdən sayılır. Futbol ölçüləri ilə gənc hesab edilə biləcək 38 yaşlı ispan mütəxəssis “Komo”nun futbol layihəsinin əsas təməlidir.

Sesk Fabreqas rəsmən 2024-cü ilin iyul ayından “Komo”nun baş məşqçisi hesab edilir. Xatırladaq ki, Fabreqas əslində 2023-cü ildən “Komo”nu çalışdırırdı. Sadəcə, ispan mütəxəssisin gərəkli məşqçilik lisenziyası yox idi. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Sesk Fabreqasın rəhbərliyi altında 2023/2024-cü illər mövsümündə keçirdiyi 38 oyunda 73 xal toplamış “Komo” B Seriyasını 2-ci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib.

Rəsmi fəaliyyəti dövründə Sesk Fabreqas “Komo”nu 51 oyuna çıxarıb, 19 qələbə, 15 heç-heçə, 17 məğlubiyyət yaşayıb. “Komo”nun ispan mütəxəssisin rəhbərliyi altında top fərqi isə 71:64 nisbətindədir.

İtaliya A Seriyasının 2025/2026-cı illər mövsümünün 10 turundan sonra “Komo” 17 xalla yarış cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
30
21
arena.az

10Sources