AZ

Herbert Hayner yenidən “Bayern”in prezidenti seçildi

Alman idarəçi Herbert Hayner Almaniya Bundesliqasının sonuncu qalibi olan “Bayern” klubunun prezidenti vəzifəsinə yenidən seçilib.

Arena.az xəbər verir ki, Hayner klub üzvlərinin iştirakı ilə keçirilmiş səsvermədə səslərin 95,63%-ni toplayıb.

“Müvafiq vəzifə məni böyük təvazökarlığa sövq edir. Mənim üçün bu, müstəsna klubun prezidenti olmağa davam etmək – böyük şərəfdir”, deyə Hayner vurğulayıb.

Xatırladaq ki, Herbert Hayner 2019-cu ildən “Bayern”ə rəhbərlik edir. O vaxt Hayner, hazırda Münhen klubunun fəxri prezidenti olan məşhur Ulrix “Uli” Hönesi (Höness) əvəzləmişdi.

Haynerin dövründə “Bayern” 6 dəfə Almaniya Bundesliqasını, 2 dəfə Almaniya Kubokunu, 4 dəfə Almaniya Super Kubokunu, 2020-ci ildə isə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb.

Yeri gəlmişkən, “Bayern” 2024/2025-ci illər mövsümünün yekunları əsasında rekord – 978 milyon avro məbləğində dövriyyəsi haqda məlumat verib. Münhen klubu ötən mövsüm üzrə vergilərin ödənilməsindən sonra 27,1 milyon avro məbləğində xalis gəlir əldə edib.

Vurğulanır ki, konsernin ümumi dövriyyəsi buna qədərki göstəricidən 2,8% çox olub. Klubun əməliyyat gəliri isə 11,3% artıb və 187,8 milyon avro məbləğ təşkil edib.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
5
1
arena.az

10Mənbələr