EN

Azərbaycanın veteran cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb. SİA xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb. M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib.

+100 kiloqram çəki dərəcəsində tatamiyə çıxan idmançı üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.

Chosen
18
10
sia.az

10Sources