AZ

Azərbaycan cüdoçusu Parisdə bürünc medal qazandı FOTO

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın paytaxtı Parisdə cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb.

Moderator.az xəbər verir ki, ilk yarış günündə bir cüdoçumuz fəxri kürsüyə qalxıb.

M2 yaş kateqoriyasında mübarizə aparan Qurban Məmmədli mundialın bürünc medalını əldə edib.

+100 kq çəki dərəcəsində tatamiyə çıxan idmançımız üçüncü yer uğrunda görüşdə italiyalı Pavel Qurqisi məğlub edib.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 34 cüdoçu ilə təmsil olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
9
moderator.az

10Mənbələr