EN

Yağış yağdı, tıxac yarandı: Avtobuslar yoxa çıxdı

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu gün səhər saatlarından etibarən hava şəraiti ilə əlaqədar Bakı yollarında tıxac müşahidə edilir. 

Bununla yanaşı, bir neçə istiqamətdə avtobusların hərəkində fasilələr yaranıb. 

"Cebheinfo.az" xəbər verir ki,  Sumqayıt-Bakı istiqamətində nəqliyyatın hərəkətində problemlər var. 

Xocasən, Sulutəpə, Xırdalan istiqamətindən şəhərə girişdə də uzun tıxac yaranıb. "Əcəmi" metrostansiyasının qarşısındakı dayanacaqlarda sərnişinlər uzun müddət 79, 165, 205 saylı avtobusları gözləməyə məcbur olublar.

Eyni zamanda, səhər saatlarında verilən məlumata görə,  metroda da ciddi sıxlıq müşahidə edilir. 

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
1
cebheinfo.az

2Sources