AZ

Yağış yağdı, tıxac yarandı: Avtobuslar yoxa çıxdı

Bu gün səhər saatlarından etibarən hava şəraiti ilə əlaqədar Bakı yollarında tıxac müşahidə edilir. 

Bununla yanaşı, bir neçə istiqamətdə avtobusların hərəkində fasilələr yaranıb. 

"Cebheinfo.az" xəbər verir ki,  Sumqayıt-Bakı istiqamətində nəqliyyatın hərəkətində problemlər var. 

Xocasən, Sulutəpə, Xırdalan istiqamətindən şəhərə girişdə də uzun tıxac yaranıb. "Əcəmi" metrostansiyasının qarşısındakı dayanacaqlarda sərnişinlər uzun müddət 79, 165, 205 saylı avtobusları gözləməyə məcbur olublar.

Eyni zamanda, səhər saatlarında verilən məlumata görə, metroda da ciddi sıxlıq müşahidə edilir. 

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr