EN

Premyer Liqa: “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub edib

Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, günün ikinci matçında “Sumqayıt” doğma meydanda “Araz-Naxçıvan”ı məğlub edib – 3:2.

“Gənclik şəhəri” təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci, Ronaldo Vaskes 69-cu dəqiqədə fərqlənib. Naxçıvan klubunun qollarını 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran “Sumqayıt” dördüncü pilləyə yüksəlib. “Araz-Naxçıvan” 16 xalla beşincidir.

Günün ilk matçında “Turan Tovuz” evdə “Şamaxı”nı üstələyib – 2:1.

Qeyd edək ki, tura noyabrın 3-də “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Qarabağ” “İmişli”ni (2:0), “Zirə” “Karvan-Yevlax”ı (3:2), “Neftçi” “Kəpəz”i (5:1) məğlub edib.

Chosen
34
2
nocomment.az

3Sources