AZ

"Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub etdi

Misli Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı məğlub edib - 3:2.

"Gənclik şəhəri" təmsilçisinin heyətində Roi Kehat 17 və 78-ci, Ronaldo Vaskes 69-cu dəqiqədə fərqlənib. Naxçıvan klubunun qollarını 41-ci dəqiqədə Şarl Boli və 50-ci dəqiqədə Patrik Andrade vurub.

Bu nəticədən sonra xallarının sayını 17-yə çatdıran "Sumqayıt" dördüncü pilləyə yüksəlib. "Araz-Naxçıvan" 16 xalla beşincidir.

Seçilən
26
2
publika.az

3Mənbələr