EN

Azərbaycan fındıq ixracından 100 milyon dollar qazanıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 99,9 milyon ABŞdolları dəyərində meşə fındığı ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə28,3 milyon ABŞ dolları və ya 39,5% çoxdur.

Təkcə sentyabrda isə Azərbaycan 12,1 milyon ABŞ dollarıdəyərində meşə fındığı ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı iləmüqayisədə 1,2 milyon ABŞ dolları və ya 9% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.

Chosen
4
2
az.trend.az

4Sources