AZ

Azərbaycan karbamid ixracından gəlirini 47%-ə yaxın artırıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 131,9 milyon ABŞdolları dəyərində karbamid ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə41,9 milyon ABŞ dolları və ya 46,5% çoxdur.

Təkcə sentyabrda isə Azərbaycan 17,1 milyon ABŞ dollarıdəyərində karbamid ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı iləmüqayisədə 5,6 milyon ABŞ dolları və ya 48,7% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.

Məqalədə:
Seçilən
5
2
az.trend.az

4Mənbələr