AZ

Azərbaycan elektrik enerjisi ixracından 54 milyon dollar qazanıb

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 53,8 milyon ABŞdolları dəyərində elektrik enerjisi ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə20,7 milyon ABŞ dolları və ya 27,8% azdır.

Belə ki, ötən ilin ilk 9 ayında ölkədən 74,5 milyon ABŞ dollarıdəyərində elektrik enerjisi ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.

Məqalədə:
Seçilən
4
2
az.trend.az

4Mənbələr