Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələyə çatır.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib.
"Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində ərazidə gərgin şəkildə çalışır", - deyə Hikmət Hacıyev bildirib.