AZ

Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngəzur dəhlizi ilə bağlı paylaşım edib.

Far.Az xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev öz "X" hesabında videogörüntülər dərc edib.

"Azərbaycan-Ermənistan sərhədinə qədər Zəngəzur dəhlizi tamamlanmaq üzrədir. Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması üçün səylə çalışır!" - deyə o, paylaşımda bildirib.

Seçilən
7
2
far.az

10Mənbələr