EN

Voleybol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb

Bakı, 30 oktyabr, AZƏRTAC

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.

Milli komandaya klublarda çıxış edən məşqçi və oyunçuların cəlb olunmasını nəzərə alan Azərbaycan Voleybol Federasiyası ölkə çempionatının oyunlarının noyabrın 18-dək təxirə salınmasına qərar verib.

Chosen
35
3
azertag.az

4Sources