Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.
Apasport.az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.
Milli komandaya klublarda çıxış edən məşqçi və oyunçuların cəlb olunmasını nəzərə alan Azərbaycan Voleybol Federasiyası ölkə çempionatının oyunlarının noyabrın 18-dək təxirə salınmasına qərar verib.
"Azerreyl" Çempionlar Liqasında mübarizəyə başlayır
AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından təyinat alıb
“Azerreyl” Serbiya klubu ilə qarşılaşacaq
Yüksək Liqada II turun oyunları keçiriləcək
Yüsək Liqa: II tura start verilib
 
                        