Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.
90deqiqe.Az xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının 7–21 noyabr tarixlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.
Milli komandaya klublarda çıxış edən məşqçi və oyunçuların cəlb olunmasını nəzərə alan Azərbaycan Voleybol Federasiyası ölkə çempionatının oyunlarının noyabrın 18-dək təxirə salınmasına qərar verib.
 
                        