EN

Nvidia dünyanın ən bahalı şirkəti oldu

BAKI, 30 oktyabr. TELEQRAF

Süni intellekt çiplərinə yüksək tələbat ABŞ texnologiya nəhəngi "Nvidia"nı tarixə saldı.

Teleqraf xəbər verir ki, bu barədə şirkət 5 trilyon dollarlıq bazar dəyərinə çataraq bu həddi aşan dünyanın ilk şirkəti olub.

Qrafik prosessor istehsalçısı kimi fəaliyyətə başlayan "Nvidia" süni intellekt inqilabı ilə sürətlə yüksəlib. Şirkətin səhmləri 5,6% bahalaşaraq 212 dollara çatıb.

Ekspertlər bildirir ki, "Nvidia"nın bazar dəyəri artıq ABŞ və Çin istisna olmaqla bütün ölkələrin ÜDM-ni geridə qoyur.

Maliyyə analitikləri bu artımı “süni intellekt bumunun nəticəsi” adlandırır, lakin bəzi qurumlar “balon riski” barədə xəbərdarlıq edirlər.

"Nvidia"nın səhmləri ilin əvvəlində Trampın ticarət gərginliyi səbəbindən ucuzlaşsa da, Çinə çip satışının bərpası şirkətin göstəricilərini yenidən yüksəldib.

Chosen
37
15
teleqraf.com

10Sources