EN

Cəbrayılda eyni vaxtda 615 nəfərin ibadət edəcəyi məscid inşa olunacaq

CƏBRAYIL, 29 oktyabr. TELEQRAF

Cəbrayılda media tur iştirakçıları ölkə başçısının təməlini qoyduğu Cəbrayıl şəhər məscidində olublar.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, jurnalistlərə məlumat verilib ki, ümumi sahəsi 1530 kvadratmetrdən çox olan məsciddə eyni vaxtda 615 nəfər ibadət edə biləcək.

İkimərtəbəli məscid binasında eyni anda kişilərin və qadınların ibadət etmələri üçün şərait yaradılacaq. Məsciddə icma zalı, avtomobil dayanacağı, söhbətgaholacaq. Məscidin minarələrinin hündürlüyü 34,2 metr, günbəzin hündürlüyü isə 22,6 metr nəzərdə tutulur.

Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva media nümayəndələrinə bildirib ki, işğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub.

İşğal dövründə digər ərazilərimizdə olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz ermənilər tərəfindən məhv edilib. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb.

Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.

Chosen
30
2
teleqraf.com

10Sources