AZ

Cəbrayılda 50-yə yaxın 5-7 mərtəbəli yaşayış binası tililəcək

CƏBRAYIL, 29 oktyabr. TELEQRAF

Cəbrayılda ikinci yaşayış kompleksi 5,28 hektar ərazidə salınacaq. Layihə çərçivəsində 5 və 6 mərtəbəli 23 bina inşa ediləcək. Binalarda bir, iki, üç, dörd və beş otaqdan ibarət ümumilikdə 615 mənzil olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılacaq.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarıda Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rzayeva deyib.

Daha sonra üçüncü yaşayış kompleksi haqqında məlumat verən İlhamiyyə Rzayeva bildirib ki, bu kompleksin də ümumi sahəsi 5 hektardan artıqdır: "Burada 5, 6 və 7 mərtəbəli 25 binanın tikintisi planlaşdırılır. Layihəyə əsasən binalarda bir, iki, üç, dörd və beşotaqlı olmaqla 746 mənzilin inşası nəzərdə tutulur".

Qeyd edək ki, hər iki kompleks müasir standartlara uyğun şəkildə tikiləcək, zəruri sosial infrastrukturla təchiz ediləcək və Cəbrayıl şəhərinin bərpası istiqamətində atılan növbəti mühüm addım olacaq.

Seçilən
21
49
teleqraf.com

10Mənbələr