Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşması baş tutacaq.
Premyer Liqa təmsilçilərindən “Sumqayıt” “Zaqatala” ilə, “Qəbələ” “Mingəçevir”lə, “Şamaxı” “Səbail”lə, “Neftçi” MOİK-lə üz-üzə gələcək.
Bundan əlavə, “Difai” “Xankəndi” ilə, “Şahdağ Qusar” “Şimal”la qarşılaşacaq.
Azərbaycan Kuboku
 II təsnifat mərhələsi
 29 oktyabr
 14:00. “Şimal” – “Şahdağ Qusar”
 Hakimlər: Kamran Əliyev, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
 Hakim-inspektor: Munis Abdullayev.
 AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
 Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Xankəndi” – “Difai”
 Hakimlər: Nicat İsmayıllı, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
 Hakim-inspektor: Orxan Məmmədov.
 AFFA nümayəndəsi: Nəriman Axundov.
 Ağsu şəhər stadionu
14:00. “Zaqatala” – “Sumqayıt”
 Hakimlər: Rauf Cabarov, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
 Hakim-inspektor: Rövşən Əhmədov.
 AFFA nümayəndəsi: Namiq Əliyev.
 Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
16:00. “Qəbələ” – “Mingəçevir”
 Hakimlər: İslam Məmmədov, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
 Hakim-inspektor: Ramil Diniyev.
 AFFA nümayəndəsi: Eldar Məmmədov.
 Qəbələ şəhər stadionu
16:00. “Səbail” – “Şamaxı”
 Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
 Hakim-inspektor: İmanxan Sultani.
 AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
 “ASCO Arena”
19:00. “Neftçi” – MOİK
 Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
 Hakim-inspektor: Asim Xudiyev.
 AFFA nümayəndəsi: Elgiz Abbasov.
 “Palms Sports Arena”
Qeyd edək ki, ötən gün “Kəpəz”, “Karvan-Yevlax”, “İmişli”, “Turan Tovuz”, “Baku Sportinq” və “Şəfa” 1/8 finala vəsiqə qazanıblar.
 
                        