AZ

Azərbaycan Kubokunda daha iki 1/8 finalçı müəyyənləşdi

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha iki oyunu keçirilib.

"Unikal" xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.

Qəbələdə şəhərin eyniadlı komandası "Mingəçevir"ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.

"Şamaxı" isə səfərdə "Səbail"i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.

Qeyd edək ki, II təsnifat mərhələsinə "Neftçi" - MOİK oyunu ilə yekun vurulacaq.

Seçilən
60
3
unikal.az

10Mənbələr