EN

Füzulidə "Qarğabazar Karvansarayı" bərpa ediləcək

Füzuli rayonunun Qarğabazar kəndində yerləşən karvansarayın bərpa işlərinə başlanılır.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, Karvansaray bərpa ediləcək və ərazisi abadlaşdırılacaq.

Bu istiqamətdə layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı addımlar atılır.

Layihənin 314 706 manata başa gələcəyi ehtimal olunur.

Qeyd edək ki, "Qarğabazar Karvansarayı" 1681-ci ildə inşa edilib. Memarı məlum olmayan bu tarixi abidəyə bəzən “Şah Abbas karvansarayı” da deyirlər.

​​​​​​"Cebheinfo.az"

Chosen
19
11
cebheinfo.az

10Sources