"Atletiko" ilə oyunda zədələnən futbolçunun vəziyyəti AÇIQLANDI
Ajans.azxəbər verir ki, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.
Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.