AZ

"Qarabağ" "Atletik"lə oyunda zədələnən futbolçunun vəziyyətini açıqlayıb

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.

Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.
Seçilən
42
8
sherg.az

10Mənbələr