AZ

"Atletik"lə oyunda zədələnən "Qarabağ" futbolçusunun vəziyyəti açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyada "Atletik"lə III tur oyununda (1:3) zədələnən "Qarabağ"ın futbolçusu Kamilo Duranın son durumu açıqlanıb.

Klubdan "Unikal"a verilən məlumata görə, kolumbiyalı hücumameyilli yarımmüdafiəçinin zədəsi ciddi deyil. Bildirilib ki, oyun vaxtı yüngül spazm olsa da, hazırda hər şey qaydasındadır.

Qeyd edək ki, Kamilo Duran matçın 67-ci dəqiqəsində Aleksey Kaşukla əvəzlənib.

Seçilən
90
7
unikal.az

10Mənbələr