EN

Zirzəmidən tapılmışdı, valideynləri hələ də axtarılır

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.

KONKRET.az-ın “unikal”a istinadən məlumatına görə, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.

Bildirilib ki, həmin oğlan uşağının valideynləri hələ ki tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu.

Chosen
43
8
konkret.az

9Sources