AZ

Zirzəmidən tapılan körpənin valideynləri hələ də axtarılır FOTO

Milli.az saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.

Milli.Az-ın "Unikal"a istinadən məlumatına görə, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb.

Bildirilib ki, həmin oğlan uşağının valideynləri hələ ki tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
8
news.milli.az

9Mənbələr