AZ

Zirzəmidən tapılan körpənin valideyinləri hələ də axtarılır

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılmışdı.

"Cebheinfo.az" “Unikal”a istinadən xəbər verir ki, həmin körpə Uşaq Nevroloji Sanatoriyasına köçürülüb. 

Bildirilib ki, zirzəmidə tapılan oğlan uşağının valideyinləri hələ ki, tapılmayıb. Hüquq-mühafizə orqanları onların tapılması və körpənin kimliyinin təsdiq olunması istiqamətində axtarışlarını davam etdirir.

Xatırladaq ki, azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunmuşdu.

"Cebheinfo.az" 

Seçilən
52
8
cebheinfo.az

9Mənbələr