EN

Dəmir yollarının yaranması münasibətilə poçt markası buraxıldı

“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.

Bu barədə "Unikal"a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.

Markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.

Marka 4 min tirajla çap olunub.

Chosen
90
17
unikal.az

10Sources