“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən bildirilib.Markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.Marka 4 min tirajla çap olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta




