AZ

Dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.Bu barədə "APA-Economics"ə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən bildirilib.

Markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.

Marka 4 min tirajla çap olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
17
apa.az

10Mənbələr