EN

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxılıb

“Azərmarka” MMC Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi münasibətilə poçt markası buraxıb.

Markanın üzərində yük qatarı təsvir edilib. Poçt markasının əsas ideyası "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyət istiqamətlərindən olan yükdaşımanın ölkə və regionun iqtisadi inkişafına, beynəlxalq dəhlizlər üzrə tranzit yüklərin nəqlinə töhfəsini vurğulamaqdır.

Marka 4 min tirajla çap olunub.

Chosen
100
17
teleqraf.com

10Sources