EN

Netanyahu Qəzza sammitinə gedəsi olmadı - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahu Qırmızı dəniz sahilindəki Şarm əl-Şeyx kurortunda keçiriləcək Qəzza sammitində iştirak etməyəcək.

Modern.az xəbər verir ki, bu barədə İsrail hökuməti məlumat yayıb.

"Baş nazir Netanyahunu ABŞ prezidenti Tramp bu gün Misirdə keçirilən konfransda iştirak etmək üçün dəvət edib. Baş nazir dəvətinə görə prezident Trampa təşəkkür edib, lakin iştirak edə bilməyəcəyini bildirib", - Netanyahunun ofisi bildirib.

***

13:30

İsrailin baş naziri Benyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza sammitinə qatılacaq.

Modern.az xəbər verir ki, bu barədə Misir Prezident Administrasiyasının sözçüsü məlumat yayıb.

Məlumata görə, sammit bazar ertəsi Qırmızı dəniz sahilində keçiriləcək və tədbirə ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Netanyahu və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığından sonra qərar verilib.

Misir Prezidenti Administrasiyası əlavə edib ki, Fələstin Prezidenti Mahmud Abbas da sammitdə iştirak edəcək.

Toplantının əsas məqsədi Qəzzada atəşkəsin möhkəmləndirilməsi, humanitar yardımın genişləndirilməsi və bölgənin təhlükəsizlik gələcəyi ilə bağlı razılaşmaların müzakirəsi olacaq.

Chosen
4
2
modern.az

10Sources